Sarkisyandan qəfil qərar

16-02-2015, 18:04   
Sarkisyandan qəfil qərar
Prezident Ermənistan-Türkiyə protokollarını geri çağırıb
Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan-Türkiyə protokollarını geri çağırmaq barədə qərar verib.

ANS PRESS-in məlumatına görə, Sarkisyan parlamentin sədri Qalustu Saakyana məktubla müraciət edib.

Ermənistan prezidenti məktubunda qeyd edib ki, Türkiyə ilə münasibətlərin normallaşması prosesini özündə ehtiva edən Ermənistan-Türkiyə protokollarının imzalanmasından 6 il keçib. O qeyd edib ki, bu ötən vaxt ərzində heç bir nəticə əldə olunmayıb.

Qeyd edək ki, Türkiyə və Ermənistan arasındakı protokollar 2009-cu ildə imzalanıb. O zaman əldə olunan razılığa əsasən, iki ölkə arasında diplomatk münasibətlər qurulmalı və sərhədlər açılmalı idi. Bununla yanaşı, ermənilərin "soyqırımı" iddialarını araşdırmaq üçün müştərək tarix komissiyası yaradılmalı və Ermənistan Türkiyə sərhədlərini rəsmən tanımalı idi.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar