Rusiyaya məxsus hərbi təyyarələr 16-28 fevral tarixlərində ABŞ səmasında müşahidə uçuşları həyata keçirəcəklər.
Axar.az xəbər verir ki, uçuşlar beynəlxalq “Açıq səma” müqaviləsi çərçivəsində reallaşacaq. Rusiya təyyarələri ABŞ səmalarında iki müşahidə uçuşu gerçəkləşdirəcək.
Təyyarələr ABŞ-ın “McConnel” və “Rajt-Patterson” hərbi hava limanlarından havaya qalxacaq.