İrəvan bir gündə iki zərbə aldı

16-02-2015, 19:39   
İrəvan bir gündə iki zərbə aldı
Eyni zamanda ayrı-ayrı yerlərdə ermənilər aksiya keçirdilər
Ermənistanı yenidən etiraz dalğası bürüyüb.

ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, İrəvanda eyni vaxtda iki etiraz aksiyası keçirilib. İrəvan meriyasının qarşısına toplaşan nümayişçilər maaşlarının verilməsi tələbi ilə çıxış ediblər.

Etiraz aksiyası keçirənlərdən biri "Təmizlik Mərkəzi" QSC-nin əməkdaşları olub. QSC-nin dekabrda ləğv edilməsi nəticəsində 315 əməkdaş işsiz qalıb. Onlar iş tələb ediblər.

Bundan başqa "Nairit" kauçuk zavodunun işdən qovulmuş əməkdaşları da hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar da maaşlarının ödənilməsini tələb ediblər.

Zavodun 1700 işçisi fevralın 6-da işdən azad edilib. Ümumilikdə zavodda 478 işçi qalıb.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar