Dağlıq Qarabağla bağlı müzakirə keçirilib

16-02-2015, 22:25   
Dağlıq Qarabağla bağlı müzakirə keçirilib
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi iradə və cəsarətini ortaya qoyub

Ağ Yol Vətəndaş Hərəkatının rəsmi "Facebook" səhifəsində, 550 minlik eyni adlı qrupunda və "Twitter" hesabında Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və həlli istiqamətində Prezident İlham Əliyevin cəsarətli addımlarından, ciddi iradə nümayişindən geniş söhbət açılıb. Müzakirələr qızğın diskusiya şəraitində keçirilib:

Dağlıq Qarabağ probleminin həlli, əfsus ki, bizlik deyil. Cənab prezident İlham Əliyev bununla bağlı həm ciddi diplomatiya işi aparıb, ordunu gücləndirib, silahlı qüvvələrimizi ən müasir silahlarla təmin edib. Siyasi iradəsini və cəsarətini də ortaya qoyub. Münxendə Ermənistanı quru yuyub yaş sərməsi, birbaşa ittihamlar irəli sürməsi və beynəlxalq aləmi də ikili standartlarda günahlandırması bir dövlət başçısının edə biləcəklərindən daha çoxdur. Amma, regionda toqquşan geopolitik maraqlar və təcavüzkar meyllər qələbə qazanmağa imkan vermir.

Minsk Qrupu həmsədrləri də artıq gülüş obyektinə çevrilib. Onlar üçün ən maraqlısı pulsuz təyyarə biletləri (biznes klass), beş ulduz hotellər və turist kimi gəzməkdir. Həqiqət naminə, onların da edə bilcəkləri azdır. Lakin, təmsil etdikləri ölkələrin mövqeyi ikili standarta söykənir. Onlar Ermənistanı birbaşa işğalçı dövlət adlandırmaqdan çəkinirlər. Başqa ad varmı? Digər ölkənin torpaqlarını zəbt edən və işğal altında saxlayan ölkəyə başqa nə ad vermək olar?

Bütün yuxarıda deyilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, gözləməkdən savayı yolumuz yoxdur. Təbii ki, geopolitik vəziyyət dəyişən kimi Azərbaycan öz torpaqlarını azad etmək üçün hərəkətə keçəcək. İstər sülh yolu ilə, istərsə də hərb. Cənab prezident demişkən, bir qarış torpaqlarımızı da ermənilərə vermərik.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar