Səudiyyə Ərəbistanından olan dini rəhbər Şeyx Bəndər Əl Hayber Yer kürəsinin fırlanması ilə bağlı sensassiyalı, XXI əsr insanını heyrətə gətirəcək açıqlama verib. Axar.az xəbər verir ki, səudiyyəli imam Yer kürəsinin fırlanmasına inanmadığını bildirib. Şeyx Bəndər fikrini belə izah edib: “Dünya sabitdir. Hərəkət etmir. Deyək ki, təyyarə ilə Serce hava limanından Çinə doğru gedirik. Dünyanın hərəkətdə olduğunu deyirsiz? Yaxşı, indi diqqətinizi mənə verin. Bu (su butulkasını göstərir) dünyadır. Əgər dünya dönürsə, təyyarə havada olanda Çin təyyarəyə doğru gəlməli deyil? Doğrudur, yoxsa səhv? Əgər dünya əks istiqamətdə fırlansaydı, bu dəfə də təyyarə heç vaxt Çinə çata bilməzdi. Çünki Çin də təyyarə kimi hərəkət etmiş olacaqdı”. Səudiyyəli imam bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.