Ukrayna müharibəsində “Allahu-Əkbər” şüarları

17-02-2015, 14:54   
Ukrayna müharibəsində “Allahu-Əkbər” şüarları
“Donetsk Xalq Respublikası”nın Debaltsovodakı tərəfdarları olan separatçılar milis bölməsini və dəmiryol vağzalını ələ keçirib.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı öz facebook səhifəsində hərbi jurnalist Andrey Tsaplienko yazıb.

“15 dəqiqə bundan qabaq “Rus dünyası” bölməsinin döyüşçüləri “Allahu-Əkbər” qışqıraraq yerli milis bölməsini ələ keçirdi. Bundan bir saat əvvəl isə dəmiryol vağzalını tutmuşdular” - deyə jurnalist bildirir.

Separatçılar da öz növbələrində bildiriblər ki, onlar hazırda şəhərin çox hissəsinə nəzarət edirlər, alkin küçə döyüşləri hələ də davam edir. Onların sözlərinə görə, Debaltsovonun “təmizlənməsi” əməliyyatına “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenko şəxsən özü rəhbərlik edir.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar