Artıq bir neçə avtobus səfəri təxirə salınıb.
Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəqiqələrdə Türkiyənin İstanbul şəhərində yağmağa başlayan qar nəqliyyatın hərəkətində ciddi maneələrə səbəb olub. Məlumatda bildirilir ki, Türkiyə daxili dəniz və avtobus səfərləri təxirə salınıb.
Meteoroloqların proqnoz verdikləri kimi qar bu şəkildə yağmağa davam edərsə, Türkiyəyə təyyarə səfərlərinin də təxirə salınacağı bildirilir.