Ukraynanın Donetsk vilayətində gedən şiddətli döyüşlərdə “Donetsk Xalq Respublikası”nın başçısı Aleksandr Zaxarçenko yaralanıb.
Virtualaz.org saytı Rusiyanın “LifeNews” telekanalına istinadən xəbər verir ki, məlumatda A.Zaxarçenkonun Debaltsevo rayonunda gedən şiddətli döyüşdə ayağından yaralandığı qeyd olunub. Xəbərdə deyilir ki, separatçıların liderinə ilkin tibbi yardım göstərilib. Bundan sonra o, döyüş zonasından çıxarılıb.
Virtualaz.org