“Ermənistan növbəti danışıqların başlanmasına əngəl yaradır”

17-02-2015, 19:29   
“Ermənistan növbəti danışıqların başlanmasına əngəl yaradır”
Ermənistan növbəti dəfə əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin(XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə səsləndirdiyi fikirləri mətbuata şərh edərkən deyib.

XİN rəsmisi qeyd edib ki, Ermənistan xarici işlər naziri özünün təəssüf doğuran ziddiyyətli şərhləri ilə kimin real olaraq regionda sülh və təhlükəsizliyin bərqərar olmasına əngəl yaratdığını bir daha göstərdi.
H.Hacıyev bildirib ki, davam edən sürəkli gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: "Qeyd olunan “Dağlıq Qarabağ” heç vaxt əsas prinsiplərin hazırlanması üzrə danışıqların hər hansı bir mərhələsində iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə bütün mümkün metodlarla əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır".

Modern.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar