Müəllimənin təzə ad və soyadı belədir: Abcdefg Hijklmn Opqrst Uvwxyz.
36 yaşlı qadın qeyri-adi ad və soyadı daşımaq hüququnu əldə etmək üçün düz 2 il məmurlarla mübarizə aparıb. Abcdefg Hijklmn Opqrst Uvwxyz deyib ki, o, hər zaman çətin tələffüz olunan ada malik olmaq istəyib.
Abcdefg Hijklmn Opqrst Uvwxyz olmazdan öncə müəllimənin adı Ledizunqa Kiborq olub. Əslinə qalsa, heç bu da onun əsl adı olmayıb. Yerli mətbuatın verdiyi məlumata əsasən, kolumbiyalı qadın "öz müqəddəratını təyin etməyə daim ehtiyac duyduğu" üçün əhvalına uyğun olaraq, adını bir neçə dəfə dəyişib.
Abcdefg Hijklmn Opqrst Uvwxyz doğularkən ona nə ad verildiyi məlum deyil. (publika.az)