Ukrayna dünya ölkələrinə müraciət etdi

17-02-2015, 20:54   
Ukrayna dünya ölkələrinə müraciət etdi
"Rusiya Federasiyası, Donetsk və Luqansk separatçıları atəşkəsə əməl etmir. Buna görə də hər kəsə ümid azalır".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Administrasiyasının rəhbər müavini Çal Valeri çıxış edib.

PA rəsmisi Ukraynanın ölkənin şərqində münaqişənin nizama salınması üçün Qərbə müraciətini çatdırıb:

"Biz Minsk iştirakçılarına, dünya ölkələrinə müraciət edirik: Almaniya, Fransa, Rusiya Federasiyasına, həmçinin Avropa Birliyi və NATO ölkələrinə. Ukraynanın müstəqilliyi təhlükə altındadır. Mümkün olan bütün vasitələrdən istifadə etməklə, sülhün bərqərar olmasını istəyirik".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar