Türkiyəni silkələyən cinayəti törədən şəxslərdən biri həbsxanada döyülüb. Bizimyol.info xəbər verir ki, Türkiyə mediasında yer alan iddialara görə döyülən şəxs Suphiyə kömək etmiş şəxsdir. Təqsirləndirilən şəxs bir neçə nəfər tərəfindən döyülüb. Məhkumlar şüşə parçası ilə onun ayağına bir neçə zərbə endiriblər. Məhkəmə qarşısına çıxarılacaq təqsirləndirilən şəxs, Erdemli Dövlət Xəstəxanasında əməliyyat olunub. Əməliyyat zamanı yaralının ayağından şüşə parçaları çıxarılıb. Həyati təhlükəsi olmayan təqsirləndirilən şəxsin müalicəsi davam edir.
Xatırladaq ki, universitet tələbəsi 20 yaşlı Özgecan Aslan evə gəlməyincə, ailəsi polisə müraciət etmək məcburiyyətində qalıb. 2 gün axtarılan gənc qızın cəsədi tapılıb. Məlum olub ki, gənc qız Çamalan kəndi yaxınlığında döyülərək öldürülüb. Daha sonra qızın cəsədi dərəyə aparılaraq yandırılıb. Türkiyə mediasında yer alan məlumatlara görə, 20 yaşlı gənc, 11 fevral tarixində universitetdən çıxdıqdan sonra alış-veriş mərkəzinə gedib. Alış-veriş mərkəzindən ayrılan Özgecan Aslan, daha sonra şəhərlərarası sərnişin daşıyan mikroavtobusa minib. Mikroavtobus sürücüsü Suphi, ona təcavüz etmək istəyib. Gənc qızı bıçaqlayan Suphi, daha sonra onun əllərini kəsərək yandırıb.
Qeyd edək ki, cinayətdə Suphinin atası və 20 yaşlı dostu da iştirak edib. Məhkumlar tərəfindən döyülən şəxsin 20 yaşlı Fatih olduğu təxmin edilir.
Teymur
Bizimyol.info