"Başa düşmürəm ki, onlar traktorçulara necə uduzdular" Təmas xətti boyu ümumi vəziyyət bölgələrə görə dəyişsə də sakitdir, lakin Debaltsevoda mühasirəyə düşmüş Ukrayna ordusu hissələrinin problemini həll etmək lazımdır.
ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsini şərh edərkən deyib.
Macarıstan baş naziri Viktor Orbanla birgə mətbuat konfransında çıxış edən Putin Ukrayna hakimiyyətinin mühasirədə qalan qüvvələrin təslim olmasına mane olmayacağına inandığını bildirib.
Qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası qüvvələrinin isə təslim olanları evlərinə buraxacaqlarına inandığını deyib.
Ukrayna ordusunu qruplaşma, qondarma qüvvələri isə elan etdikləri respublika adı ilə çağıran Rusiya prezidenti ukraynalıların necə dünənki şaxtaçı və traktorçulara uduzduğunu başa düşmədiyini bildirib.