Vətəndaşlar “Lamiyə məsələsi” ilə bağlı nə düşünür? - VİDEOSORĞU

18-02-2015, 13:24   
Vətəndaşlar “Lamiyə məsələsi” ilə bağlı nə düşünür? - VİDEOSORĞU
Həbsxanada dünyaya uşaq gətirməsi ilə son günlər mətbuatın gündəmindən düşməyən məhbus qadın Lamiyə Quliyeva məsələsi hazırda cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bu qadının həbsxana şəraitində necə ana olması ilə bağlı müxtəlif versiyalar səslənsə də, həqiqət hələ də cəmiyyətdən gizlədilir.

Qeyd edək ki, qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilən L.Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirdikləri üçün həbs ediliblər.

Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bir müddət öncə isə Lamiyə Quliyevanın ana olması bu məsələni yenidən gündəmə gətirib.

Musavat.com olaraq son günlərin ən çox müzakirə olunan “Lamiyə məsələsi” ilə bağlı sadə vətəndaşların da rəyini öyrənməyə çalışdıq. Görəsən, insanlar hər gün mətbuatdan oxuduqları, televiziyada izlədikləri bu məsələ haqqında nə düşünür?

Şəhər sakinlərinin cavablarını təqdim etdiyimiz videosorğudan izləyin.

Nərgiz Liftiyeva,
Məğrur Salmanov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar