BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura Əsəd rejiminin Hələbə təşkil etdiyi hava hücumlarına 6 həftəlik ara verməyi qəbul etdiyini bildirib.
Axar.az xəbər verir ki, Stefan de Mistura Suriyadakı yeniliklər və qarşıdurmalar haqqında BMT Təhlükəsizlik Şurasına məlumat verərək bu sözləri deyib: “Suriya hökuməti Şam şəhərindən açıqlanacaq bir tarixdən etibarən Hələbə qarşı hər cür hava hücumu və ağır silahlarla edilən hücumları 6 həftəlik müddətdə dayandırmağı qəbul etdiyini açıqlayıb”.
Hələb yaxınlığında ağır qarşıdurmaların getməsi ilə bağlı layihəni gündəmə gətirərək bunu Suriya hökumətinə təqdim etdiyi haqqında danışan xüsusi elçi Suriya hökumətinin də bunu qəbul etdiyini bildirib.
Stefan de Mistura müxaliflərin də bu çağırışa eynən belə cavab verəcəyinə ümid etdiyini bildirərək, balaca bir ümid də olsa, sadə vətəndaşların qorunması üçün hər şeyin edilməli olduğunu vurğulayıb. Suriyadakı vəziyyəti xəstəliyə bənzədən Stefan de Mistura xəstəliyi tam olaraq müalicə edə bilməsələr də, heç olmasa ağrıları bir az da olsa azaltmaq istədiklərini bildirib.