Ukrayna və Rusiya arasındakı atəşkəs, BMT Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənib. Lakin buna baxmayaraq Debaltsevedən silah səsləri gəlir. ABŞ-ın sərt tənqidlərinə baxmayaraq Rusiya prezidenti V.Putin, strateji əhəmiyyəti olan qəsəbənin separatçılara təslim edilməsini istəyir. Separatçılar Debaltsevedə çox sayda Ukrayna əsgərini öldürdüklərini və qəsəbəni ələ keçərdiklərini bildiriblər. Rəsmi məlumatlara görə isə 8 min Ukrayna əsgəri hələ də mühasirədədir. Hal-hazırda qəsəbəyə jurnalistlər və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müşahidəçiləri girə bilmir.
Teymur
Bizimyol.info