Teraktdan sonra islamı qəbul edən fransızların sayı kəskin artıb

18-02-2015, 19:36   
Teraktdan sonra islamı qəbul edən fransızların sayı kəskin artıb
Parisdə məlum terror aktından sonra Fransa məscidlərində islamı qəbul edənlərin sayı kəskin artıb. Musavat.com xarici qaynaqlara istinadən bildirir ki, RTL radiosunun xəbərinə görə, Paris məscidi həmin hadisələrdən sonra islamın qəbul edənlərə 40 sertifikat verib. Halbuki, ötən ilin analoji dövründə bu rəqəm 22 olub.

Fransanın Strasburq və Obervil şəhərlərində islamı qəbul edənlərin sayı 30%, Lionda 20% artıb.

Paris məscidində son bir ayda islam dininə keçən fransızlar arasında müxtəlif peşə sahibləri, o cümlədən həkimlər, məktəb direktoru, polis zabiti olub.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar