Neftin 10 dollara düşmə ehtimalı var

19-02-2015, 00:30   
Neftin 10 dollara düşmə ehtimalı var
Maliyyə analitiki və iqtisadçı Gary Shiling, neftin bir barelinin 10 dollara qədər düşəcəyini bildirib. Məşhur ekspert Shilling, bunu bazarda neftin çoxluqu və əlavə təlabatın olmaması ilə əlaqələndirib. Gary Shilingə görə, ucuzlaşmanı şərtləndirən əsas səbəblərdən biri isə ABŞ-ın qarşıdakı illərdə neft hasilatını gündəlik 300 min barelə qədər artrmaq istəyilə əlaqələndirib. Bundan başqa, İraqın Şimali İraqla razılaşmasına diqqət çəkən ekspert, bunun gündəlik 550 min barrel neft istehsalı demək olduğunu bildirib. İqtisadçı hesab edir ki, dünyada neftə təlabat azalmaqda davam edəcək. OPEK də 2017-ci ildə gündəlik neft təlabatının 28,2 barelə düşəcəyini təxmin edir. Bu isə son 14 ildə ən aşağı hədd deməkdir.

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar