XİN-in Facebook həmləsi

19-02-2015, 10:28   
XİN-in Facebook həmləsi

"Müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub".

ANS PRESS-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökuməti”nin facebook səhifəsinə verilmiş “verified” statusu Facebook şirkəti tərəfindən aradan qaldırılıb.

Qeyd edək ki, bir müddət öncə Qondarma Dağlıq Qarabağ Respublikasının Facebook səhifəsi rəsmi olaraq təsdiq edilmişdi. Təxminən 25 minə yaxın istifadəçisi olan səhifədə qondarma rejimin binası və bayrağı əks olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar