“Putin və separatçılar Ukrayna ordusunun ciddi itkilər verərək Debaltsevonu tərk etməsinə sevinirlər”. Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Boris Nemtsov söyləyib. O, Putini Minsk sazişinə əməl etməməkdə günahlandırıb: “Görünür ki, “Donetsk Xalq Respublikası” və Putin Minsk sazişinə məhəl qoymayaraq fevralın 15-dən sonra da döyüşləri davam etdiriblər. Putin və separatçıların Minsk sazişinə əməl etməməsi Ukraynaya ölümcül silahların gətirilməsinə və yeni sanksiyaların tətbiq edilməsinə yol açır. Kobzon və Laşkinlə məsələ bitməyəcək. Bütün bunlar yeni itkilərə və böhranın dərinləşməsinə gətirib çıxaracaq”.