"İŞİD" Mosulda qurduğu pusquya özü düşdü, 9 terrorçu ölüb

19-02-2015, 18:04   
"İŞİD" Mosulda qurduğu pusquya özü düşdü, 9 terrorçu ölüb
Mosulun cənubunda yolda basdırılan minanın partlaması nəticəsində "İŞİD"in 9 terrorçusu məhv olub və 5 nəfəri isə yaralanıb.

İnterAz-ın "Sumariya" agentliyinə istinadla verdiyi xəbərə görə, "İŞİD" karvanı hava limanı istiqamətində irəliləyərkən minaya düşüb və onlardan 14 nəfər ölüb və yaralanıb.

Bu arada, Mosul şəhərinin Sumar rayonunda "İŞİD" mövqelərinə naməlum şəxslər tərəfindən hücum edilib. Burada "İŞİD"in üç tanınmış üzvü məhv edilib.

Qeyd edək ki, İraqın vitse-prezidenti Üsamə ən-Nuceyfi ötən ayın 19-da "İŞİD"in nəzarətində olan Mosul şəhərində “Mosul Batalyonları” adlı məxfi briqadanın yaradıldığını demişdi. İraq vitse-prezidenti bildirib ki, bu briqada tərəfindən indiyə qədər "İŞİD"in 300-ə yaxın tanınmış üzvü öldürülüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar