İlham Əliyev 1 sərəncam, 6 fərman imzaladı - Yeniləndi

19-02-2015, 20:48   
İlham Əliyev 1 sərəncam, 6 fərman imzaladı - Yeniləndi

Prezident İlham Əliyev “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncamda qeyd edilir: "Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri təltif edilsinlər: “Şöhrət” ordeni ilə Məmmədov Şıxverdi Süleyman oğlu. “Tərəqqi” medalı ilə Ağacanov Əli Sabxan oğlu Ağalarov Şahin Ağacavad oğlu Ağayev İsrafil Əvəz oğlu Camalov İsmət Kamal oğlu Cəbrayılov İlham Yasəf oğlu Ədilov Abdulhəmid Sultan oğlu Haqverdiyev Əhliyar İsa oğlu Xəlilov Sakit Bəhərçin oğlu İbişov Eyvaz Əlibala oğlu Quliyev Teyfur Nübarək oğlu Quliyev Tərlan Düşməl oğlu Manafov Aydəmir Haşım oğlu Mehdiyev Ağaşirin Məhəmməd oğlu Məhərrəmov Fikrət Əşrəf oğlu Məmmədov Mühiddin Qədimalı oğlu Mustafayev Şakir Şaban oğlu". 19:48 İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanda qeyd edilir ki, "Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 598; 2004, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 521, № 12, maddə 983; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 1. 9.9-cu bəndə “balıq” sözündən sonra “və digər su bioresursları” sözləri əlavə edilsin. 2. Aşağıdakı məzmunda 9.9-1-ci bənd əlavə edilsin: “9.9-1. Dövlətin balıqmühafizə və akvakultura sahəsində qanunla müəyyən edilmiş vəzifələrini həyata keçirmək;”. 3. 10.37-ci bəndə “balıqçılıq” sözündən sonra “(o cümlədən akvakultura)” sözləri əlavə edilsin. 4. 10.54-cü bənddə “balıqların” sözü “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin. 5. 10.83-cü bənddə “balıqların” sözü “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin". 20:21 Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar aşağıdakı kimidir: “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında *** Azərbaycan Respublikasının Hökuməti ilə Albaniya Respublikasının Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair Baş Planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə *** Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə *** Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Malta Respublikasının Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə *** Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədəat:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar