Paytaxtda Milliön ödəmə sistemləri iflic olub. Abonentlər kommunal ödənişlər etmək üçün növbələrə dayanıb.
Axar.az-a verilən xəbərlərə görə, şəhərin müxtəlif istiqamətlərində bu cihazlarda nasazılıq yaranıb. Ödəmə sistemində xidmət göstərilmədiyi qeyd olunub. Qarlı hava şəraitinə görə vətəndaşların qaz və işıq ödənişlərini bu sistem vasitəsi ilə həyata keçirməsinə daha böyük tələbat yaranıb.
Müxbirimiz də şəhərdə qarşılaşdığı bir neçə məntəqədə bu aparatların işləmədiyinin şahidi olub.
Sinoptiklərin son məlumatına görə, fevralın 23-dən başlayaraq Azərbaycan ərazisində, o cümlədən paytaxt Bakıda hava şəraiti mülayimləşəcək.