Lamiyənin vəkili müdafiə çıxışında elə adlar çəkib ki...

22-02-2015, 16:21   
Lamiyənin vəkili müdafiə çıxışında elə adlar çəkib ki...
Lamiyə Quliyevanın azadlığa çıxması faktı bu qərarla yekunlaşan məhkəmə prosesinin özünü arxa plana keçirdi. Hərçənd, məhkəmədə Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehtiyevin çıxışında olduqca maraqlı nüanslar vardı. İctimaiyyət üçün maraqlı ola biləcəyini nəzərə alıb çıxışı təqdim edirik:

"Hörmətli hakimlər və proses iştirakçıları! Baş prokrorluğun bir neçə ildən sonra gecikmiş də olsa, cəzanın ağırlığına etiraz edərək, hökmdən protest verməsi unikal hadisədir. Məlumdur ki, həmin protest Lamiyə Quliyeva barəsindəki Xətai Rayon Məhkəməsinin 2010-cu ildə CM-nin 317-ci maddəsinin 2-ci hissəsiilə 8 il azadlıqdan mərhum edilməsi hökmündəki cəzanın ağırlığından və məhkumun şəxsiyyətinə uyğun olmaması ilə əlaqədar verilmişdir. Protest Lamiyə Quliyevanın azadlığa çıxmasına imkan yaratdığından bunu müsbət addım kimi qiymətləndiririk və müdafiə edirik.
İlk əvvəl zərərçəkən Aysel Ağayevanın nümayəndəsinin protestə etirazına münasibətimi bildirmək istəyirəm. Nümayəndə əsasən müddətin keçməsinə görə protestin təmin olunmamasını istədi. Çöx təəssüf edirəm ki, nümayəndə ədalət və humanizmin hüququn, eləcə də Cinayət Məcəlləsinin prinsiplərini təşkil edən ümumbəşəri dəyərlər olduğunu nəzərə almır. Bu dəyərlərlərin bərpasının zamana ehtiyacı yoxdur və həmçinin belə dəyərlər üçün zaman məhdudiyyəti də yoxdur.
Lakin eyni zamanda hesab edirik ki, ümumiyyətlə, həmin hökm ləğv edilməli, cinayət hadisəsi olmadığından cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir. Həmin hökm qəbul edildiyi andan qanunsuz və əsassız olub. Lamiyə Quliyeva baş verməyən bir cinayətə görə cəzalandırılıb. 27 aprel 2010-cu il tarixdə Lamiyə ilə nəzarətçi Aysel Ağayeva arasındakı baş verən hadısə xəta xarekterli olub, lakin cinayət hadısəsi kimi tövsif olunub. Məlumdur ki, hər bir cinayət eyni zamanda xətadır, lakin hər bir xəta cinayət deyil. Xətaların xarakterindən asılı olaraq maddi, intizam, inzibati və cinayət məsuliyyətləri fərqləndiricidir. Cinayət hadisəsi isə əməlin ictimai təhlükəsizliyinin yüksəkliliyi və ağırlığı ilə səciyələndirilir. Həmin baxt baş vermiş hadisə öz mötivinə, xarektirinə görə qətiyyən cinayət hadisəsi hesab oluna bilməz. Hadisənin faktiki halları ondan ibarət olmuşdur ki, nəzarətçi Aysel Ağayeva Lamiyəyə irad bildirmiş, Lamiyə isə iradın motivini və tərzini digər məhbusların yanında özünə təhqir kimi qəbul etmiş, buna etiraz kimi sobanın üstündəki çaynikin birini divara, birini isə yerə atmışdır. Bu zaman o, Aysel Ağayevaya hər hansı xəsarət yetirməmişdir. Göründüyü kimi baş vermiş hadisədə Aysel Ağayevanın özünün də qeyri-taktiki hərəkətləri, qeyri-peşəkarlığı böyük rol oynamışdır. Belə xarekterli hadisələrin hüquqi həlli Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir. Cəzaların İcrası Məcəlləsinin 108-ci maddəsində (cəzanın icrası qaydalarının qərəzli pozulması) – cəzaşəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək vəya onların qanuni tələblərinə tabe olmamaq qaydaların pozulması kimi göstərilir və bunun nəticəsində məhkumlara tətbiq edilə biləcək xəbərdarlıq, töhmət, cəzaçəkmə müəssisələrində saxlanılan kişi məhkumlara on beş günədək, qadın məhbuslara isə 10 günədək müddətə cərimə təcridxanasına keçirilməsinin tədbiq edilə biləcəyi həmin məcəllənin 107-ci maddəsi ilə tənzimlənir. 2010-cu il aprelin 27-də bu hadisə baş verəndən sonra Lamiyə Quliyeva 10 sutka müddətində cərimə təcridxanasında saxlanılmış, yəni onun barəsində tənbeh tədbiri tətbiq edilmişdir.Lakin sonradan bu hadisə cinayət əməli kimi tövsif olunur. Əməlin tövsifində, Cinayət Məcəlləsinin çərçivəsinə daxil edilməsində müəyyən müddət qeyri-müəyyənlik və tərəddüdlər baş verir. Xətai rayon prokrorunun qərarı ilə 2010-cu il mayın 13-də onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlayıblar. Mayın 19-da isə tövsif məsuliyyətin ağırlaşdırılması məqsədi ilə CM-nin 221- maddəsinin 3-cü hissəsinə dəyişdirilir. 26 iyun tarixdə isə CM-nin 317-ci maddəsinin2-ci hissəsi üzrə ittiham irəli sürülür. Həmin ittiham üzrə isə məhkəmədə Lamiyə Quliyevaya ağir cəza- 8 ilazadlıqdan mərhumetmə cəzası təyin edilir. Sonra apellyasiya şikayətinin müddətinin bərpası ilə əlaqədar Lamiyənin ərizəsi birinci instansiya və apellyasiya məhkəməsində təmin edilmir.
Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü konstitusiyaya, cinayət qanununa və digər qanunlara riayət edilməklə çıxarıldiqda qanuni hesab edilir. Məhkəmənin hökmü sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə əsaslı shesab edilir.İçin faktiki və hüquqi halları və əsaslarına görə hökm CM-nin, CPM-nin prinsiplərinə, müddəalarına zidd olduğundan qanuni və əsaslı sayıla bilməz. Ona görə də həmin hökmün ləğv edilməsini, cinayət hadisəsi olmadığından CPM-nin 42, 397, 399-cu maddələrinə əsasən cinayət işinə xitam verilməsini xahiş edirik.
Hörmətli hakimlər, hazırki işin ictimai maraq kəsb etdiyini nəzərə alaraq Sizdən azadlıq qərarı xahiş edirik.
Bu gün Sizdən məhkum anasına azadlıq qərarını bir körpə istəyir. Çünki o, məhbəsdə doğulsa da, dünyaya azadlıqdan baxmaq istəyir. Bu onun haqqıdır.
Bu gün Sizdən azadlıq qərarını uzun illər məhbus həyatı keşirən, dəfələrlə qanunsuz ittihamlarla üzləşən Lamiyə Quliyeva gözləyir. Bu azadlıq ona övladına ana, anasına övladlıq borcunu verməyə imkan verər. Bu haqqı ondan əsirgəməyin.
Bu gün Sizdən azadlıq qərarını Lamiyənin əzabkeş anası gözləyir. Ana gözləri uzun illərin əzabını ifadə edir. Ana ürəyini əzablardan xilas edin.
Bu gün azadlıq qərarını bütün ədalətsevər, haqqsevər insanlar gözləyir. Onlara bu sevinci yaşatmağı Sizdən xahış edirik.
Biz eyni zamanda 2013-cü ildə Lamiyə Quliyevaya qarşı CM-nin 182.1 maddəsi ilə yeni ittiham irəli sürülərkən öz qətiyyətli,cəsarətli, ədalətli mövqeləri ilə bunun qarşısını alan hakimlərə - Xətai Rayon Məhkəməsinin sədri Nazim tağıyevə, hakim İbrahim İbrahimliyə, Ali Məhkəmənin hakimi hafiz Nəsibova dərin təşəkkürümüzü bildiririk. Adlarını cəkdiyim hakimlər o zaman növbəti qanunsuzluğun qarşısını almaqla məhkəmədə ədalətin bərpasının nümunəsini yaratdılar.
Biz burda iştirak edən jurnalistlərə, eləcə də haqq sözünü yazan bütün media mənsublarına, bu işdə əməyi keçən hüquq müdafiəçılərinə, ədalət naminə göstərdikləri diqqətə, səylərə görə hər bir insana təşəkkür edirik.
Sağ olun!”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar