ABŞ-dan rəsmi İŞİD açıqlaması

23-02-2015, 04:58   
ABŞ-dan rəsmi İŞİD açıqlaması
ABŞ Mərkəzi Qərargah Komandanı Loyd Ostin İraq müdafiə naziri Xalid əl Ubeydi ilə görüşüb.


ANS PRESS-in məlumatına görə, Ostin, ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin zərərsizləşdirdiyi İŞİD terrorçularının sayını açıqlayıb.

“ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya qüvvələri hava hücumları ilə İraqda və Suriyada 8 500-dən çox terrorçunu mhv edib”.

Koalisiya qüvvələrinin terrorla mübarizədə İraqa dəstəyinin davam edəcəyini açıqlayan Ostin ölkədəki təhlükəsizlik vəziyyətinin əvvəlkindən yaxşı olduğunu deyib.

Mərkəzi qərargah rəhbəri həmçinin İraq təhlükəsizlik qüvvələrinə təlim və ehtiyaclarının qarşılanması üçün daha çox yardım olunmasının labüd olduğunu vurğulayıb.

İraq parlamentinin sədri Səlim əl Cuburi isə Ostinə Ənbar, Səlahəddin, və Mosul əyalətlərindəki xilas olunmuş bölqələrdə təhlükəsizliyin təmin olunması və yerlilərin ehtiyaclarının qarşılanmasının əhəmiyyətindən danışıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar