Fil Hadisəsi . Əfsanə Yoxsa Həqiqət?

23-02-2015, 05:11   
(Kəbəni Əbrəhənin Fillərindən Qoruyan Allah ,Sonralar Nə Üçün Onu Sellərdən və Müharibələrdən Qorumadı?)


“ Əl-Fil” surəsi:
Rəhman və Rəhim Allahın adı ilə
1. Rəbbinin fil ordusuna nələr etdiyini gördünmü?
2. Onların hiyləsini boşa çıxartmadımı?
3. Onların üzərinə qatar-qatar uçuşan varlıqlar (Əbabil) göndərdi.
4. Onların üzərinə palçığa bənzər daşlar atırdılar.
5. Beləliklə Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.

Müasir dövrdə ( elə keçmişdə də) bəzi şəxslər və əqidəvi cəryanlar ilk ayəsi 610-cu ildə Həra mağarasında Hz.Peyğəmbərimizə(s) nazil olan , sonuncu səmavi kitab olan Quranda bəhs edilən bəzi tarixi hadisələrin əfsanə olması haqqında zərərli və zəhərli fikirlər irəli sürürlər.Əsasən təəssübkeş keşişlər ,İslama düşmən kəsilən xaxamlar və ateistlər Quran haqqında sadə müsəlmanların qəlbində şübhə toxumları səpmək məqsədi ilə bu səpkili suallarla ictimai rəyi çaşdırmağa çalışırlar.Belə çaşdırıcı suallardan bir neçəsini hörmətli oxucularımıza təqdim edirik :
“ Nə üçün Allah Yəmən hökmdarı Əbrəhənin Kəbəni dağıtmaq niyyətinə mane oldu,ona Kəbəni dağıtmağa icazə vermədi ,amma sel ,Yezid bin Müaviyə ,Qərəmətilər isə Kəbəni viran etdilər ?Məgər Allah sel ilə Kəbəni viran qoymaqla özü öz gücünü imtahan edirdi ? Məgər müsəlmanların Allahı selin qarşısını ala bilməzdi? Məgər Allah Kəbənin qapısını qıraraq ,qara daşı oradan oğurlayan Qərəmətiləri bəla ilə cəzalandıra bilməzdi ? Məgər Allah mancanaqla Kəbəni odlayan Yezidi Əbrəhə kimi məğlub edə bilməzdi? ”

Biz bütün bu suallara ətraflı və hər tərəfli cavab verməyə çalışacağıq.

Əvvəlcə onu bilməliyik ki,Kəbənin əhəmiyyəti onun gildən və daşdan tikilməsində deyil ,bəlkə onun Yer üzündə Tövhid və İlahi nişanələridən və ən müqəddəs nümunələrdən biri olmasındadır.
Kəbə İslam tarixində iki mühüm dəlilə əsasən dəfələrlə dağılmış və təmir edilmişdir.
1.Sellər səbəbi ilə.İslam dini təşəkkül tapan andan bu günə qədər.
2.Müharibələr səbəbi ilə.
İndi ayri ayrılıqda bu iki mühüm səbəbi araşdıraq.

Dağıdıcı sellər

Yuxarıdakı sualların birində deyildiyi kimi: “ Nə üçün Allah öz iradəsi ilə baş verən sellərə mane olmamışdır ki, Kəbəyə ziyan dəyməsin ?”
Bildiyimiz kimi ,sel Yer kürəsində baş verən saysız çoğrafi və təbii fəlakətlərdən biridir.Bu təbii fəlakətlər səbəb və nəticə qanunları əsasınad baş verir və xüsusi dağıdıcı gücə malikdirlər.Bütün bu fəlakətlər Allahın iradəsindən kənar baş vermir .Kəbənin sel suları altında qalması ,heç də bununla , nə bu Allah hərəminə xəyanət ,nə də onun məqamına hörmətsizlik kimi baş düşülməməlidir.İnsanlar sel suları çəkiləndən sonra Kəbəni yenidən təmir edirlər.Necə ki, bu hal yaxın və uzaq keçmişdə dəfələrlə təsadüf edilmişdir.

Qanlı müharibələr

İslam tarixinə diqqətlə nəzər saldıqda ,görərik ki, müqəddəs Kəbə evinə(Məkkə şəhərinə) üç böyük hücum edilmişdir.Onlar aşağıdakılardır :
1.Yezid bin Müaviyənin ( Allahın lənəti onun üzərinə olsun ! ) Məkkəyə hücumu .Həsin bin Nəmiyrin sərkərdəlii ilə (63-cü Hiciri –Qəməri ili).Məqsəd Abdulla bin Zübeyri məğlub etmək idi.
2.Əbdülməlik bin Mərvanın qoşununun ,Həccac bin Yusif əs-Səqəfinin başçılığı ilə Abdulla bin Zübeyrin üzərinə ikinci hücumu (73-cü Hicri-Qəməri ili).

3.Abbasilərin xilafəti zamanı Qərəmətilərin hücumu.Onlar “Həcərul-Əsvədi ” ,(qara daşı) Kəbədən oğurladlar və Kəbə evi daxil olmaqla Məkkə şəhərini viran etdilər(317-ci Hicri –Qəməri ili).

Sualı bir daha hörmətli oxucularımıza xatırladırıq ki, mövzumuzun nəticəsi bir daha yaxşı aydın olsun :
“Nə üçün Allah-Təala bu üç hadisədə Kəbənin üzərinə hücum etməyə gələnlərə mane olmadı və bu müqəddəs və mübarək hərəmi mühafizə etmədi ? “
Birincisi ,Yəmən hökmdarı Əbrəhə Kəbəni dağıtmaq niyyəti ilə gəlmişdi Məkkəyə.Amma Yezid bin Müaviyə (məlun ) Abdulla bin Zübeyri tutmaq əmri vermişdi.Kəbəni dağıtmaq məqsədi ilə hücum etməmişdi Məkkəyə.Zübeyrin Kəbəyə sığınmasından və pənah aparmasından sonra ,Yezidin məqsədi dəyişdi və Kəbəyə od vuruldu .Alov saçan mancanaqlar Hərəmi viran etdi.Yezid nə qədər də günahkar və fasiq olsa da ,zahirdə Kəbə hərəminin hörmətindən danışırdı və onun iddiası bu idi ki, Abdulla bin Zübeyr Kəbədən çıxarılmaqla , Allah hərəminin (Kəbənin)hörmətini saxlamaq olar .Yezid özünü sadə müsəlmanların qəzəbindən qorumaq və öz cinayətlərinə haqq qazandırmaq üçün riyakarlıq edirdi.
İkincisi,bəlkə də İlahi əzabın o zaman nazil olmamasının bir səbəbi də bu ola bilərdi ki, Kəbəyə sığınan Abdulla bin Zübeyrin özü də Yezid kimi zalım bir şəxs idi.Abdulla bin Zübeyr bilə-bilə Kəbəyə sığındı və bu da Kəbənin hörmətini aşağı salmaqdan başqa bir şey deyildi(Bu yerdə hörmətli oxucular, Kəbənin məqamını və hörmətini qorumaq məqsədi ilə orada qanının tökülməsinə razı olmayaraq , Məkkədə Həcc ziyarətini yarımçıq qoyaraq oradan Kərbəlaya, öz Əhli-Beyti ilə eşq səfərinə gedən Hz.Hüseyn bin Əli(ə) –ni xatırlamaq yerinə düşərdi).
Üçüncüsü, Allah Yezidin Kəbəni viran etmək kimi çox çirkin əməlindən sonra ,o məluna çox möhlət(o,az yaşadı) vermədi.Bu cinayətdən çox keçmədi ki, Yezid cəhənnəmlik oldu .

Amma Əbrəhənin Kəbəyə hücumunun kökündə siyasi,iqtisadi və dini məqsədlər dururdu.O,Yəmənin paytaxtı Sənada ən əvvəl Kəbəyə bərabər bir ziyarətgah tikdirmək istəyirdi.Məqsədi də bu idi ki, Kəbəyə ziyarətə gedən zəvvarların üzü Yəmənə tərəf dönsün və Məkkəyə gedən mal və sərvət (kapital) Sənadakı ziyarətgaha axsın .Əslində o,Tövhid və tək Allahlıq əqidəsinə müxalif idi .Amma Qərəmətilərin Kəbəyə hücumunun kökündə Tövhid dininin əksinə və İslam dininin ideoloji əsaslarına qarşı çıxan prinsirial iddialar yox idi.Onlar qara daşa və Qiblə kimi İlahi nişanələrə etiramla yanaşırdılar.
İslam tarixçiləri arasında özünün “ Təbəri tarixi” adlı tarixi əsəri ilə məşhur olan Əbu Cəfər Məhəmməd bin Cərir ət-Təbəri(838-923 Miladi illər) özünün eyni adlı tarixi əsərində qeyd etmişdir ki,Əbrəhə Yəməndən Kəbəni yıxmaq və qara daşı oradan Sənaya gətirmək niyyəti ilə hücuma keçdi .Amma o, Məkkəyə çatmamış ,yarı yolda “ Əbabil quşlarının “ hücumu ilə məğlub olaraq geriyə döndü və Sənadakı sarayında aldığı yaraların təsirindən həlak oldu.Bəs bu tarixi rəvayət yalandırmı ?

Bu suala da cavabımız belədir :
Biz də iddia etmirik ki. Əbrəhə Məkkəyə daxil olmuşdur.Bizim istinad etdiyimiz mənbələr ,Allahın mübarək kitabı Quran və rəvayətlərdir.
Onun qoşunu Məkkə ətrafına yaxınlaşa bildi və “Əbabil quşlarının “ əzabı ilə cəzalandırılaraq məğlub oldu.Tarixdə məşhur olan “Əshabi-Fil “ hadisəsi də bu ibrətli və təsirli əhvalatdan sonra əbədiləşərək bu günümüzə qədər gəlib çıxmışdır.

Sonda bunu da xatırlatmaq yerinə düşər:
“Əshabi –Fil “ ,Fil hadisəsindən iki ay (60 gün) sonra aləmlərə rəhmət olaraq yaradılan Hz.Peyğəmbərimiz (s.ə.v.v) Məkkədə dünyaya gəlir.

Araz Mehrəli

Dinşünas –tədqiqatçı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar