Paytaxtın valyutadəyişmə məntəqələrində sakitlikdir. Vətəndaşlar daha çox manatın məzənnəsini öyrənmək üçün buraya baş çəkir. Əksər valyutadəyişmə məntəqələri isə hazırda dollar və manatın alqı-satqısı ilə məşğul olmur, valyuta dəyişmə dayandırılıb.
Valyutadəyişmə məntəqələrinin əməkdaşları Musavat.com-un əməkdaşı ilə söhbət zamanı bildiriblər ki, vətəndaşlar çaşqınlıq içindədir: “Hamı gəlir, manatın qiymətini soruşur, gedir. Dəyişmək istəyən çox azdır. İşləyən məntəqələr də azdır. Hamımız gözləyirik”.
Vətəndaşlar, həmçinin valyutadəyişmə məntəqələrində çalışanlar qeyd edirlər ki, hamı yuxarılar, rəhbərlik səviyyəsində qərar gözləyir: “Qoy çıxıb desinlər ki, məsələ nə yerdədir. Camaat panikadadır. Hamı bahalaşmadan qorxur, söhbət təkcə manatdan getmir”.
Hazırda 1 ABŞ dollarının bu məntəqələr tərəfindən alışı 92 qəpik, satışı 1 manat 5 qəpikdir.
/musavat.com/
Röya RƏFİYEVA
Fotolar müəllifindir