Gizli sexin təhlükəli konfetləri aşkarlandı - (Fotolar)

23-02-2015, 10:32   

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Lənkəranda gizli yolla şəkər-qənd istehsal edən müəssisə aşkarlayıb.

Bu barədə virtualaz.org saytına komitədən məlumat veriblər.

Xəbərdə deyilir ki, Lənkəranda gizli sexdə hazırlanan şəkərli-qənnadı məmulatları, xüsusilə də konfet bazarda satışıa çıxarılır. Komitə müəyyən edib ki, Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən yaşayış mənzilində gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərilib.

Adıçəkilən ünvanda kustar yolla şəkərli-qənnadı məmulatları istehsal edilərək bazarda satışa çıxarılıb.

Yaşayış binasının I mərtəbəsində yerləşən istehsal yerinə baxış zamanı müəyyən olunub ki, sexdə konfetlərin istehsalı sanitariya norma və qaydalara uyğun gəlməyən, standartların tələblərinə cavab verməyən şəraitdə həyata keçirilib, məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmayıb, istifadə olunan cihazlar kustar üsulla hazırlanmış avadanlıqlar olub.

Mənzildə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.



Ülviyyə

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar