Nazirlik istehlak bazarında gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir
“İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında gücləndirilmiş nəzarət tədbirləri həyata keçirir”. Bunu Lent.az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib. Onun sözlərinə görə, bu, istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçündür: “Süni qiymət artımına yol verən şəxslər cəzalandırılacaq”-deyə, nazirlik rəsmisi qeyd edib.
Qeyd edək ki, son günlərdə ölkədə bəzi məhsulların qiymətində artım müşahidə edilir və bu Mərkəzi Bankın 1 ABŞ dollarının rəsmi məzənnəsinin 1,05 manat səviyyəsində müəyyən edilməsi ilə izah olunur.