Ukraynanın ən varlı biznesmenlərindən biri olan Məhəmməd Zahurun həyat yoldaşı Natalya Şmarenkova ölkə müharibə şəraitində olduğu bir vaxtda özünün kübar həyatından danışıb.
ANS PRESS-in məlumatına görə, biznesmenlə ailə qurandan sonra Kamalya Zahur olan keçmiş dünya gözəli etiraf edib ki, özünü əkiz övladlarına tərbiyə verməklə əziyyətə salmır. O, "bunun üçün dayələr var", - deyir. On evi və şəxsi təyyarəsi olan Zahur isə öz vaxtını dükanlarda, səsyazma studiyalarında keçirməyə üstünlük verir. O hətta gülərək bildirib ki, bir dəfə dükanda 1000 funt (1600 manatdan çox) pul xərcləyib.
Zahur öz gününə şəxsi idman zalında başlayır. Sonra alış-verişə gedən biznesmenin həyat yoldaşı etiraf edib ki, bir geyim dükanında 100 min dollardan çox pul xərcləyə bilər. Onun daha bir zəifliyi də ev heyvanlarıdır. Onun evində 6 balaca, 5 iri iti, pişiyi, dovşanı, tutuquşusu və şahin quşu var.
Müsahibələrinin birində Zahur belə deyib: "Ukrayna mənim evimdir və mən onu dəstəkləmək üçün buradayam. Ümid edirəm ki, dövlət də mənim qayğıma qalar. Bundan başqa, Kiyev hərbi proseslər gedən yerdən 700 kilometr aralıdadır. Ona görə də bura təhlükəsizlikdir. Amma mən də döyüşlər gedən yerlərdə olan insanlar üçün narahatam".
Bundan sonra Kamalya Zahur cəmiyyətin həddən artıq varlı insanlara münasibətini bilərək eyni ciddi tonla sözünə davam edib. "Bəli, mən şampan vannaları qəbul edirəm, amma hər gün yox", - deyə o bildirib.