“AzərRos”-un bir müddət əvvəl keçirdiyi məlum qurultayın ətrafında yaranmış qalmaqallar səngimək bilmir.
Təşkilatın yaydığı informasiyaya görə Abbas Abbasov bu tədbirdə təşkilatın ağsaqqallar şurasının sədrliyindən istefa vermiş, amma istefası qəbul edilməmişdi. Beləliklə “çarəsiz” qalan Abbas Abbasov yenidən ağsaqqallar şurasının sədri olmağa qərar vermişdi.
“Qafqazinfo”ya “AzərRos”dakı mənbədən daxil olan məlumata görə, məsələnin əsl mahiyyəti başqa məcrada cərəyan edir.
Mənbəyə görə Qurultayda “azlıq” vəziyyətinə salınmış səkkiz nəfərlik azərbaycanlı iştirakçı əsasən dağıstanlı və qeyri-azərbaycanlı iştirakçıların fonunda görünməz olublar. Əvvəlcədən müəyyənləşdirilmiş ssenari üzrə Abbas Abbasov sədr seçilib. Seçkinin saxtalaşdırılmasına toplaşaraq etiraz edən azərbaycanlılar isə Abbas Abbasov tərəfindən əvvəlcədən binanın ətrafında yerləşdirilmiş idmançı cüssəli dağıstanlılar və çeçənlər tərəfindən təzyiqə məruz qalıblar. Beləliklə Abbasovun “qələbəsi” azərbaycanlıların məğlubiyyəti ilə nəticələnib...