Ötən gün müşahidə olunan ucuzlaşmanın ardından neftin qiymətində artım müşahidə olunub.
“Qafqazinfo” xəbər verir ki, bu gün səhər saatlarına olan göstəricilərə görə, Brent markalı neftin aprel fyuçersinin qiyməti 0,44% artaraq barelli 59,16 dollar olub.
WTI markalı neftin mart fyuçersinin qiyməti isə 0,08% artaraq barelli 49,49 dollardan satılıb.