İŞİD-ə qoşulan xaricilər təkcə vuruşmaq üçün gəlmir

24-02-2015, 07:22   
İŞİD-ə qoşulan xaricilər təkcə vuruşmaq üçün gəlmirDünya ölkələri İraq və Suriyaya xarici döyüşçü axının qarşısını almağa çalışsalar da, qeyri-hökümət təşkilatları silaha sarılmaq niyyətində olmayan insanların da regiona artan axınından narahatdırlar.

Kəşfiyyat rəsmilərinin fikrincə tərəfdar ola biləcək insanları cihada dəvət edən məharətli videolar İslam Dövlətini ən güclü media qabiliyyətli terror təşkilatı edib.

Lakin videolar İŞİD emissarlarının arxasında gizləndiyi yeganə vasitə deyil.

“Bizim terrorist qruplarını maskalı və silahlı şəxslərlə əlaqələndirdiyimiz vaxt artıq keçib.”

"Search for Common Ground," yəni Ortaq Zəmin Axtarışı təşkilatının Qırğızıstan üzrə rəhbəri Kənəşbək Saynazarov emmisarların hər yerdə gözlərinin olduğunu deyir.

“Onlar fərqli taktikalardan istifadə edirlər. Bunlara insanın həyat yolunu müşahidə etmək və o insanın cəmiyyətinə olan münasibətini araşdırmaq daxildir.


Saynazarov bildirir ki, potensial üzvlərin bu yolla yetişdirilməsi əsasən də 25 yaşına qədər ailə həyatı qurmayan qadınlarla asan olur, çünki onlar qırğız cəmiyyəti tərəfindən təcrid olunurlar. Və bu daha çox tibb sahəsində işləyən qadınlara qarşı olunur.

İŞİD isə onlara fərqli bir çıxış yolu təklif edir.

“Öz cəmiyyətindən uzaqlaşaraq təcrid olunmayacağı cəmiyyətə qoşulmaq imkanı”

İŞİD həmçinin sosial mediada tərəfadarlarından yardımçı toplayır. ABŞ səfiri Robert Bradtke isə bu yardımçıların hərəsinin bir iş gördüyünü deyir.

“Onların sosial media, avadanlıqların saxlanması, təmir və ya tibbi bacarıqları ola bilər ki, İslam Dövləti bunlardan istifadə etmək istəyər.”

İŞİD sıralarına qoşulan qeyri-döyüşçülərin sayı bəlli deyil. Lakin ABŞ kəşfiyyat rəsmiləri onların yarısının artıq İslam Dövlətinə qoşulmaq məqsədilə İraq və Suriyaya yola düşdüklərini deyir ("Amerikanın səsi").
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar