52 “İŞİD” terrorçusu məhv edildi

24-02-2015, 07:44   
52 “İŞİD” terrorçusu məhv edildi

Iraqda beynəlxaq koalisiyanın hava zərbələri nəticəsində 52 “İŞİD” silahlısı məhv edilib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, həmçinin terrorçular paytaxt Bağdaddan 200 km şimal-qərbdə yerləşən Əl-Bağdadi şəhərinin bir hissəsinə nəzarəti itiriblər. İraq ordusunun hücumları nəticəsində burada 20-dək “İŞİD” silahlısı öldürülüb.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinə məxsus hərbi təyyarələrin Iraq və Suriyada “İŞİD”in mövqelərinə 25 hava zərbəsi endirməsi barədə məlumat yayılmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar