[media=https://www.youtube.com/watch?v=Gba-Bg-1Ovo]
“Manatın kursunun düşməsinin sadə vətəndaşların həyatına heç bir təsiri olmayıb. Mağazalarda qiymətlər dəyişməyib. Panikaya da heç bir əsas yoxdur”.
Virtualaz.org saytı xəbər verir ki, paytaxt Bakıda rəy sorğusu keçirən AzTV əməkdaşları belə bir qənaətə gəliblər.
Rəyi soruşulan respondentlərin demək olar ki, hamısı AzTV mikrofonlarına deyiblər ki, “manatın kursunun düşməsinin onların cibinə heç bir təsiri olmayıb”.
Bundan əlavə, paytaxt sakinləri regiondakı gərgin vəziyyətə baxmayaraq Azərbaycanda sabitlik və sakitliyin hökm sürdüyünü deyib, buna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Həmin videosorğunu təqdim edirik: