Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 ABŞ dollarının rəsmi məzənnəsi bir gündə 1.0501-dən 1.0502-yə çatıb.
Avronun da məzənnəsində artım qeydə alınıb. Belə ki, 1 Avro bir gündə 1.1906-dan 1.1914-ə yüksəlib.
Avro və dollarla yanaşı, Rusiya rublunun kursunda da artım qeydə alınıb. Ötən gün 0.0165 olan 1 rublun məzənnəsi bu gün 0.0167-ə yüksəlib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilib.
Mənbə
ANS PRESS