Bakıda valyutadəyişmə məntəqələrinin birində köhnə məzənnə ilə pul alan və satanlar həbs olunub. Axar.az-a özəl mənbədən verilən xəbərə görə, hadisə metronun “Neftçilər” stansiyası yaxınlığındakı məntəqələrin birində baş verib. Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 3 min dolları köhnə məzənnə ilə 2800 manata alan taksi sürücüsü və məntəqə işçisi saxlanılıb. Belə ki, məzənnədə 1 dollar 1,05 manata olduğu halda kursdan aşağı valyuta dəyişməsinə cəhd olunub. Bu zaman əməliyyatçılar hər iki şəxsi həbs edib.