Şad xəbər: maaşlar qalxacaq

25-02-2015, 15:13   
Şad xəbər: maaşlar qalxacaq
Manat devalvasiya olunmaya bilməzdi. Onun devalvasiyası böhranla əlaqədar deyildi. Manatın özünü və daxili bazarı qorumaq üçün mexaniki surətdə edilib".

Bu sözləri Milli.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Əhalinin 70-80%-nin özəl sektorda çalışdığını deyən millət vəkili əlavə edib ki, özəl sektor qiymətləri manatın yeni məzənnəsinə uyğunlaşdırdığına görə yeni maaşları da formalaşdırır.

"Qalır dövlət və büdcə təşkilatlarında işləyənlər, təqaüd və müavinət alanlar. Onları isə dövlət artıq özünün qərarları və yaxud sərəncamları ilə müəyyən intervalla qaldıracaq. Həm büdcə təşkilatlarında işləyənlərin maaşı qaldırılacaq, həm də təqaüdlərin qaldırılması gözləniləndir", - A.Mirzəzadə əlavə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar