“Biz ümid edirik ki, Qərbin yürütdüyü siyasət Rusiyanın SWIFT sistemindən çıxarılmasına gətirib çıxarmayacaq”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Yevgeniya Stanislova çıxış edib. O, Moskvanın artıq bunun üçün cavab zərbələri hazırladığını bildirib. Stanislova SWIFT sisteminin söndürülməsinin heç kimə xeyir verməyəcəyini deyib.