Aktrisaya Putinlə şam yediyinə görə həbs kəsildi

26-02-2015, 00:19   


İtaliyalı aktrisa Rusiya Prezidenti Vladimir Putinlə şam yediyinə görə 8 ay azadlıqdan məhrum olacaq. Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın tanınmış aktrisası Ornella Muti İtalyanın Pordonene şəhərinin Verdi teatrında tamaşaya çıxmayaraq, şam yeməyini Vladimir Putinlə birgə yemək üçün Sank-Peterburqa gedib. Baxmayaraq ki, aktrisa teatrda oynayacağı rola görə əvvəlcədən 25 min dollar qonarar da alıb. Aktrisa bunu səhhətindəki problemlə izah edib və həkimdən “larinqo-farinqit” diaqnozu olan arayış da təqdim edib. Teatr rəhbərliyi isə məsələ ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmənin çıxardığı qərara görə, aktrisa ya 30 min avro ödəməli, yaxud da 8 ay həbs yatmalıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar