Bu gün səhər saatlarında Masazırda intihar hadisəsi baş verib. Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsinin sakini, ali məktəb tələbəsi olan Nurlan Məmmədov yaşadığı evdə özünü asıb. İlkin ehtimala görə, intiharın səbəbi Nurlanın sevdiyi qız olub. Onun sosial şəbəkədə axırıncı statusunun “S`ON” olduğu bildirilir. Sevdiyi qıza görə (qızın baş hərfinin “s” olduğu güman edilir) özünü öldürən gəncin intiharının təfərrüatı açıqlanmır.