Dövlət Yol Polisinin əməkdaşı bu gün Bakının mərkəzində fərdi avtomobil sahibinin hücumuna məruz qalıb.
Virtuaıaz.org saytının bu hadisənin şahidi olan müxbirinin verdiyi xəbərə görə, DYP əməkdaşı öz avtomobilini Cəfər Cabbarlı küçəsində park etmiş sürücüyə yaxınlaşaraq bu ərazidə maşın saxlamağın yasaq olduğunu bildirib və ondan maşınını buradan götürməyi tələb edib. Lakin sürücü gözlənilmədən yol polisi əməkdaşına hücum edərək onu döyməyə çalışıb.
Hadisə yerinə gələn digər polis əməkdaşları ipə-sapa yatmaz sürücünü tutaraq əl-qolunu baölayıb və onu polis bölməsinə aparıblar.