İranla ABŞ-ın hərbi gəmilər savaşı

22-04-2015, 22:49   
İranla ABŞ-ın hərbi gəmilər savaşı
İran Hərbi Dəniz Qüvvələrlərinin 34-cü donanmasının "Albors" və "Buşer" təyyarədaşıyıcısı Ədən körfəzinə daxil olub.

ANS PRESS-in məlumatına görə, hərbi gəmilər körfəzdə 77 gün ərzində dəniz yürüşündə olan 33-cü donanmanı əvəz edib.

"İran Hərbi-Dəniz Qüvvələrlərinin donanmasının gəmilərinin beynəlxalq sularda həmçinin Ədən körfəzində olması ticarət gəmilərinin və neft tankerlərinin təhlükəsizliyinin təmin olunması üçün göndərilib", - deyə İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrlərinin komandanı kontr-admiral Həbibulla Sayari bildirib.

Məlumatlara görə, 34-cü donanma Ədən körfəzində və Qırmızı dənizdə təxminən üç ay olacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ ordusu Yəmən sahillərinə bir hərbi təyyarəsini və gəmisini göndərmişdi. Pentaqon açıqlama verib ki, gəmilərin göndərilməsində məqsəd bölgədə təhlükəsizliyi təmin etməkdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar