Hillari Klinton haqqında şok İDDİA

23-04-2015, 16:43   
Hillari Klinton haqqında şok İDDİA
“New York Times” qəzeti ABŞ prezidentliyinə namizəd, keçmiş dövlət katibi Hillari Klintonla Rusiya arasındakı gizli sövdələşməni üzə çıxarıb.

Modern.az sözügedən qəzetə istinadən xəbər verir ki, Rusiyaya məxsus “Uranium” şirkəti ABŞ-dakı uran yataqlarının 5-də bir hissəsini satın alıb.

Kanadada qeydiyyatdan keçən həmin şirkətin Mərkəzi Asiyadan Amerikanın qərb sahillərinə qədər uzandığı müəyyən edilib. Uranın strateji məhsul olduğunu nəzərə alaraq razılaşma o zamanlar Dövlət Departamentində çalışan Hillari Klintonun da daxil olduğu komitə tərəfindən təsdiq olunmalı idi.

“Rosatom” tərəfindən “Uranium One” şirkətinin 2009-2013-cü illərdə satın alınması zamanı Klintonlar fonduna 2,35 milyon dollar pul köçürüldüyü məlum olub. Həmin vəsaitlər Klintonlar tərəfindən gəlir bəyannamələrində göstərilməyib.

Bundan başqa, Bill Klintonun Rusiyanın “Uranium One” şirkətini alacağı ilə bağlı açıqlamasından sonra rus banklarından biri tərəfindən 500 min dollar qonorar alıb.

Modern.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar