Bir neçə gün öncə Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı Emil Hüseynovu qətlə yetirən Tiqran Çiçakyan üçün yerli erməni icması pul toplama kompansiyasına başalyıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, toplanan vəsait Tiqran Çiçakyana vəkil tutulması üçün və kütləvi davandan sonra xəstəxanaya düşən qardaşı Andronik Çiçakyanın müalicəsinə sərf ediləcək. MMA əlbəyaxa idman növləri üzrə yarışlarda Sverdlovsk vilayətini təmsil edən Tiqran Çiçakyan azərbaycanlılara məxsus “U Saşi” kafesi qarşısında Emil Hüseynovu “özünümüdafiə məqsədilə” bıçaqladığını deyib.
Tiqran Çiçakyan xəstəxanada ağır vəziyyətdə olan qardaşının isə dava zamanı alın sümüyünün sındırıldığını və hazırda onun bahalı əməliyyata ehtiyacı olduğnu deyib.
27 yaşlı Emil Hüseynov aprelin 19-da 23 yaşlı professional idmançı Tiqran Çiçakyan tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Modern.az