Türkiyə Rusiya səfirini də geri çağırır?

23-04-2015, 23:52   
Türkiyə Rusiya səfirini də geri çağırır?

"Rusiya Prezidenti Vladimir Putinin "soyqırım"la bağlı sözlərinin bir əməli dəyəri yoxdur".

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Yalçın Akdoğan Rusiyadakı səfirin geri çağırılıb-çağırılmayacağı barədə suala aydınlıq gətirərkən deyib.

"Rusiya ilə ikitərəfli əlaqələrimiz dərindir. Əlbəttə ki, bu sözlər bizi təəssüfləndirir, ancaq bunun praktiki bir qarşılığı olmur. Türkiyəyə də 25 ökə rəhbəri gəlir. Deməli, Türkiyə də dünyada yalnız deyil", - Akdoğan qeyd edib.

Qeyd edək ki, bir müddət öncə Rusiya lideri Vladimir Putin İrəvana gedəcəyini bəyan etmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar