Rusiyadan İrana raketlərlə bağlı pis xəbər - Rəsmi

24-04-2015, 00:00   
Rusiyadan İrana raketlərlə bağlı pis xəbər - Rəsmi
Rusiya Xarici İşlər nazirliyi İrana təhvil verəcəyi S-300 raketlərinin yaxın zamanlarda göndərilməyəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, XİN raketlərin tezliklə göndərilməsinin müzakirə mövzusu olmadığını qeyd edib.

Bir müddət öncə İranın Müdafiə naziri Hüseyn Dehqan S-300 uzun mənzilli havadan müdafiə sistemlərinin təhvilini nəzərdə tutan müqavilənin Moskvada imzalanacağını və raketlərin bu il ərzində təhvil veriləcəyini bildirmişdi.

Qeyd edək ki, Rusiyanın İrana S-300 raketlərlə bağlı sanksiyanı ləğv etməsindən dərhal sonra ABŞ və İsrail kəskin mövqe ortaya qoymuşdular.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar