Bütün düya tapılan qeyri-adi varlıq haqqında danışır. ANS PRESS-in məlumatına görə, 2007-ci ildə meksikalı bir fermer çox qəribə bir canlı tapıb. Həmin varlıq indiyədək gördüyü heç nəyə bənzəmirdi.
Fermer həmin varlığı görən kimi bərk qorxub. Dərhal həmin yerdə tapdığı bir gölməçədə boğaraq öldürüb. Öldürəndən sonra da həmin varlığı araşdırılması üçün elm adamlarına təhvil verib.
Lakin araşdırmalar heç bir nəticə verməyib. Mütəxəssislər onun DNT-sini tapa bilməyiblər. Onların əksəriyyəti bu varlığın indiyədək cinsi məlum olmayan bir heyvan növünə aid olduğunu iddia ediblər.
Nəhayət ki, uzun sürən araşdırmalardan sonra bir ispaniyalı alim həmin canlının sirrini açıb. O, həmin canlının DNT-sini taparaq müəyyən edib ki, həmin canlı heyvan deyil. O, 99,99 faiz dünyaya aid olmayan bir varlıqdır.