Leyla Yunusun qızı Ollanda müraciət etdi

24-04-2015, 21:34   
Leyla Yunusun qızı Ollanda müraciət etdi

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun qızı Dinara Yunusun Fransa prezidenti Fransua Ollanda müraciəti Le Monde qəzetində dərc edildi

Aprelin 24-də Fransa prezidenti son bir neçə ay ərzində ikinci dəfə olaraq Azərbaycan getdi. O, Azərbaycanı 2003-cü ildən bəri sərt qaydalarla idarə edən prezident İlham Əliyevlə görüşəcək. Azərbaycanda olduqca dramatik hadisələr cərəyan edir: 120 nəfərdən artıq siyasi dustaq ölkənin həbsxanalarına salınıb və acınacaqlı şəretlər altında saxlanılır.
Bir neçə ay bundan əvvəl isə mənim valideynlərim, hüquq müdafiəçiləri Leyla və Arif Yunus da bu siyasi məhbusların sırasına atılaraq həbsxanaya salınıblar. Onları 8 aydan artıqdır ki, dövlətə xəyanət və vergidən yayınma ittihamı ilə həbs edilərək bir-birindən ayrırıblar.
Onlar ilk dəfə 2014-cü ilin aprel ayının 28-də Bakı aeroportunda həbs edildilər və pasportlarını əllərindən aldılar. Mənim atam infarkt keçirdi və mən az qala onu itirmək üzrəydim. Bu, mənim həyatımın ən qara günlərindən biri idi.
2014-cü ilin may ayında Fransua Olland Bakıya səfər edərkən Fransa səfirliyində mənim anamla görüşmüşdü. Valideynlərimin həbsindən sonra mən cənab Ollanda situasiyanı izah edən bir müraciət yazdım və ondan valideynlərimləbağlı yardım istədim. O zamandan indiyə qədər heç nə dəyişməyib. Dəyişən yalnız odur ki, mnim valideynlərimin səhhəti gündən-günə daha da pisləşməkdədir.
Mənim anamı, Fransanın Legion ordeninin kavalerini həbsxanada təhqir edir və psixoloji işgəncələrə məruz qoyurlar.
Atam Arif Yunus isə 2014-cü ilin avqust ayından bəri dörd divar arasında tənha saxlanılır, heç kimlə ünsiyyət saxlamır, ona ərzaq və dərman çatdırmaq da çətin bir məsələyə çevrilib.
Anam hepatitC-dən əziyyət çəkir, həbsxanada olduğu müddətdə onun xəstəliyi daha da şiddətlənməkdədir. Onun görmə qabiliyyəti də ciddi şəkildə pisləşib.
Mən hər günü əzab və qorxu ilə qarşılayıram ki, indi onlardan hər hansı birinin ölüm xəbərini ala bilərəm. Bu ilin fevralında anamın həbs müddəti 2015-ci il, iyulun 28-nə, ataməın həbs müddəti isə avqustun 5-nə qədər uzadılıb. Azərbaycan hakimiyyəti əmindir ki, onlar bu şəraitdə uzun zaman yaşaya bilməyəcəklər, buna görə də onları israrla orada saxlamaqda davam edirlər.
Bu müddəti də salamat qurtara bilsələr, inları labüd olaraq gözləyən 15 illik həbs cəzasını verdikdən sonra beynəlxalq idiqqətin zəifləyəcəyinə ümid edirlər.
Amma buna yol vermək olmaz! Bu, əsl fəlakət olardı! Cənab Olland dəfələrlə mənim valideynlərimin insan haqları sahəsində fədakarlığını və əzmkar fəaliyyətlərini alqışlamışdır. Amma bu gün bu fəaliyyətin alqışlanması heç nəyi həll etmir. Biz bir yerdə onların azadlığına nail olmalıyıq. Cənab Olland, mən sizə yalvarıram!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar