Ermənilərdən alçaq hücum

24-04-2015, 23:03   


Qüdsdə yaşayan ermənilər Türkiyə Baş konsulluğuna hücum ediblər.

ANS PRESS-in məlumatına görə, ermənilər 1915-ci il hadisələri ilə bağlı təşkil etdikləri yürüş zamanı Baş konsulluğun önünə gəliblər.

Müxtəlif şüarlar səsləndiriblər. Bununla kifayətlənməyən ermənilər Baş konsulluğun önündə Türkiyə bayrağını yandırıblar.

Qüdsdə təhlükəsizlik qüvvələri vəziyyətə müdaxilə edib. Ermənilər Baş konsulluğun önündən uzaqlaşdırılıb.

Qeyd edək ki, Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələri ilə bağlı həqiqətlərin gün üzünə çıxarılması üçün bütün arxivlərini açmağa hazırdır. Lakin Ermənistan tərəfi hər dəfə bundan imtina edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, erməni diasporunun 1915-ci il hadisələrini siyasiləşdirməyə çalışması ermənilər üçün böyük zərər verəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar